ABŞ səfirliyi: Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini davam etdirəcək

ABŞ səfirliyi: Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini davam etdirəcək ABŞ Minsk qrupunun siyasətinə sadiq qalacaq
Qarabağ
29 Sentyabr , 2017 00:52
ABŞ səfirliyi: Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini davam etdirəcək
lragir.am

Bakı. 29 sentyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Endryu Şeffer Minsk qrupunda ABŞ təmsil etməyi davam etdirəcək.

“Report” "News.am"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı Səfirliyindən bildiriblər.

Səfirlikdə qeyd ediblər ki, Avropa və Avrasiya məsələləri üzrə Büro Minsk Qrupunda xüsusi nümayəndənin funksiyaları və kadrların artırılması ilə bağlı məsələlərlə məşğul olmağa davam edir.

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir və tərəflərlə Minsk qrupunun həmsədri qismində fəal işləməyə davam edəcək", - deyə səfirlikdən bildirilib.

Bununla belə, səfirlikdə vurğulayıblar ki, ABŞ Minsk qrupu tərəfindən qəbul olunan siyasətə sadiq qalacaq. Bu isə münaqişənin beynəlxalq hüquq əsasında ədalətli həll variantıdır.

Son xəbərlər

Orphus sistemi