Derek Hoqan: "Dağlıq Qarabağ münaqişəsi çox uzun müddətdir davam edir"

Derek Hoqan: "Dağlıq Qarabağ münaqişəsi çox uzun müddətdir davam edir" Diplomat Azərbaycan və Ermənistan prezidentləri arasındakı son görüşün münaqişənin həllinə kömək edəcəyinə ümidvar olduğunu bildirib
Qarabağ
24 May , 2016 16:58
Derek Hoqan: Dağlıq Qarabağ münaqişəsi çox uzun müddətdir davam edir

Bakı. 24 may. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi çox uzun müddətdir davam edir".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan Tomas Qoltsun "Azərbaycan gündəliyi" kitabının ADA Universitetində keçirilən təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək.

Diplomat Azərbaycan və Ermənistan prezidentləri arasındakı son görüşün münaqişənin həllinə kömək edəcəyinə ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi