ABŞ MKİ-nin rəhbəri: "Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər"

ABŞ MKİ-nin rəhbəri: "Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər" "Tərəflərin qarşılıqlı güzəştlərdən imtina etməsi 2017-ci ildə irimiqyaslı hərbi əməliyyatların təkrarlana biləcəyini göstərir"
Qarabağ
12 May , 2017 09:20
ABŞ MKİ-nin rəhbəri: Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər

Bakı. 12 may. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatlar yenidən başlaya bilər".

"Report" xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Koutsun Senatının Kəşfiyyat Komitəsinə təqdim olunan hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, 2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı yenidən gərginlik yaşanıb: "Bundan başqa, tərəflərin qarşılıqlı güzəştlərdən imtina etməsi, eləcə də daxili təzyiqlər 2017-ci ildə irimiqyaslı hərbi əməliyyatların təkrarlana biləcəyini göstərir".

Son xəbərlər

Orphus sistemi