ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli perspektivləri qeyri-müəyyən olaraq qalır"

ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli perspektivləri qeyri-müəyyən olaraq qalır" "Konflikt tərəfləri silahlı qüvvələrin bir-birinə bu qədər yaxın toplanması münaqişənin alovlanma təhlükəsini qoruyub saxlayır"
Qarabağ
27 Fevral , 2015 11:21
ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli perspektivləri qeyri-müəyyən olaraq qalır

Bakı. 27 fevral. REPORT.AZ/ ABŞ xüsusi xidmət orqanları hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli perspektivləri qeyri-müəyyən olaraq qalır. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper fevralın 26-da Konqresdə dinləmələr zamanı bildirib. 

“Bu münaqişənin yaxın gələcəkdə sülh yolu ilə həlli perspektivləri qeyri-müəyyən olaraq qalır”, – Klepper vurğulayıb.

 Senatın Silahlı Qüvvələrlə iş üzrə Komitəsində çıxış edən C.Klepper 2014-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi haqqında razılaşmanın dəfələrlə pozulmasına, eləcə də təmas xəttində hərbçilərin yaralanma və ölüm hallarının olmasına diqqət çəkib.

Onun fikrincə, konflikt tərəfləri silahlı qüvvələrin bir-birinə bu qədər yaxın toplanması münaqişənin alovlanma təhlükəsini qoruyub saxlayır.

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru, həmçinin Rusiya ilə Gürcüstan münasibətləri mövzusuna da toxunub. Klepper hesab edir ki, Moskva və Tbilisi arasında gərginlik bundan sonra da qalacaq. Onun fikrincə, Rusiya Gürcüstana onun Avropa İttifaqı və NATO ilə sıx əlaqələrindən imtina etməsi üçün təzyiq göstərəcək. 

Son xəbərlər

Orphus sistemi