Yuxarı

ABŞ konqresmeni: "Elmar Məmmədyarov və Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin XİN başçıları ilə görüşəcək"

Konqresmen: Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır

Bakı. 2 avqust. REPORT.AZ/ Bu ilin avqust ayında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbaldyanla ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin XİN başçıları arasında görüş keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə "News.am" portalına müsahibəsində amerikalı konqresmen Cim Kosta bildirib.

Konqresmen Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qeyd edərək, ABŞ hökumətini ATƏT-in Minsk qrupu çərçivəsində göstərilən səylərə töhfə verməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi