ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış edib

ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış edib Bəyanatda bu faciəvi tarixlərin anılması ilə bağlı Konqresin digər üzvlərinə də çağırışlar əks olunub
Qarabağ
4 Fevral , 2016 20:16
ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış edib

Bakı. 4 fevral. REPORT.AZ/ ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn 20 YanvarXocalı faciəsinin ildönümü ilə əlaqədar ABŞ Konqresində bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən "Report"a verilən məlumata görə, konqresmen D.Peyn bəyanatında 1990-cı il yanvarın 20-də Sovet ordusunun dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə onlarla insanın öz həyatını itirdiyini qeyd edib. O, həmçinin Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aralarında qadın və uşaqların da olduğu 600-dən çox dinc sakinin qətlə yetirildiyini bildirib.

Bəyanatda bu faciəvi tarixlərin anılması ilə bağlı Konqresin digər üzvlərinə də çağırışlar əks olunub.

Sonda konqresmen Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi