Yuxarı

​ABŞ konqresində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi müzakirə ediləcək

Tədbirə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də dəvət olunub

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ Konqresinin Xarici əlaqələr üzrə komissiyası gələn ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin müzakirəsini təşkil edəcək.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ermənilərin ABŞ-dakı "Hay data" komitəsinin təmsilçisi Elizabet Çulcyan bildirib.

Məlumata görə, müzakirə qapalı şəkildə keçiriləcək.

Tədbirə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də dəvət edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi