Yuxarı

​ABŞ-ın vitse-prezidenti: "Qarabağdakı vəziyyətin nizamlanması çox vacibdir"

Tammiqyaslı nizamlanma stabillik üçün son dərəcə mühümdür

Bakı. 4 aprel. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Co Bayden böhranın kəskinləşməsi fonunda Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasının vacib olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə o bazar ertəsi öz "twitter" mikrobloqunda yazıb.

"Prezident Əliyev və Sarqsyana dediyim kimi, Dağlıq Qarabağda tammiqyaslı nizamlanma stabillik, təhlükəsizlik və onların ölkələrinin çiçəklənməsi üçün son dərəcə vacibdir", — deyə Bayden qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi