ABŞ-ın vitse prezidenti Azərbaycanı və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırıb - YENİLƏNİB

ABŞ-ın vitse prezidenti Azərbaycanı və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırıb - YENİLƏNİB ​ABŞ-ın vitse prezidenti Azərbaycanı və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırıb
Qarabağ
20 May , 2016 22:56
ABŞ-ın vitse prezidenti Azərbaycanı və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırıb - YENİLƏNİB

Bakı. 20 May. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Co Bayden  Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistan prezidenti Serj Sarkisyana telefonla zəng edib. "Report"un məlumatına görə, bu haqda Ağ Evdən məlumat verilib. 

Xəbərdə bildirilir ki, ABŞ-ın vitse-prezidenti tərəfləri atəşin dayandırılması rejiminə riayət etməyə çağırıb.

"Vitse-prezident mayın 16-da Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılmış müzakirələrin gedişatında Ermənistan və Azərbaycan arasında nail olunmuş razılaşmaları alqışlayıb. Co Bayden tərəfləri bundan sonra da atəşin dayandırılması rejiminə riayət etməyə çağırıb və münaqişənin nizamlanması üzrə danışıqların yenilənməsi müzakirələrinin iyuna planlaşdırılmasının əhəmiyyətini vurğulayıb", - deyə məlumatda bildirilir.



***22:14

ABŞ-ın vitse prezidenti Azərbaycanı və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırıb

Bakı. 20 May. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Azərbaycanı və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırıb. "Report"un məlumatına görə, bu haqda Ağ Evin yaydığı məlumatda bildirilir. 

Məlumatda qeyd olunur ki, Birləşmiş Ştatların rəsmisi Ermənistanı və Azərbaycanı barışığa riayət etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi