Bakı. 4 noyabr. REPORT.AZ/ "Soyuq müharibədən sonra ATƏT ölkələr üçün əsas prinsipləri müəyyən edir. Bura ərazi bütövlüyü, güc tətbiq etməmək, öz müqəddəratını təyin etmək aiddir. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu çərçivədə çalışır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Onun sözlərinə görə, istənilən digər təşkilat kimi, ATƏT də heç bir müstəqil dövləti nəyəsə məcbur edə bilməz:
"ATƏT Avropada sülh və sabitliyin qorunması baxımından ən nüfuzlu və mühüm təşkilatlardan biridir".