ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb

ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb Bəyanat, Nevada ştatının qubernatoru tərəfindən Xocalı faciəsinə dair imzalanan ilk rəsmi sənəddir
Qarabağ
28 Fevral , 2017 10:11
ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval Xocalı faciəsinə dair bəyanat imzalayıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, qubernator bəyanatı “Xocalını Anma Günü” münasibətilə imzalayıb.

Bəyanatda, Xocalı faciəsinin qurbanlarının Nevada ştatı tərəfindən anıldığı qeyd olunur və bu dəhşətli hadisənin törətdiyi ağır nəticələr nəzərdə tutularaq, dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və dözümlülüyün önəmi vurğulanır.

Qeyd edək ki, bu bəyanat, Nevada ştatının qubernatoru tərəfindən Xocalı faciəsinə dair imzalanan ilk rəsmi sənəddir.

Son xəbərlər

Orphus sistemi