​ABŞ-dakı Azərbaycan və Türkiyə diasporu konqresmenlərə müraciət ünvanlayıb

​ABŞ-dakı Azərbaycan və Türkiyə diasporu konqresmenlərə müraciət ünvanlayıb Onlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dəstək vermələrini tələb edirlər
Qarabağ
11 Fevral , 2015 19:29
​ABŞ-dakı Azərbaycan və Türkiyə diasporu konqresmenlərə müraciət ünvanlayıb

Bakı.11 fevral. REPORT.AZ/ ABŞ-da yaşayan Türkiyə və Azərbaycan icması ABŞ Konqresinin üzvlərinə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dəstək vermələri ilə bağlı müraciət ünvanlamaqda davam edirlər.

"Report" "turkishny.com"a istinadən xəbər verir ki, "Pax Turcica" ("Türk dünyası") platformasına əsasən keçirilən bu kampaniya Türk-Amerikalı Dərnəkləri Assambleyası (ATAA), Türk-Amerikalı Dərnəkləri Federasiyası (TADF), Amerika-Azərbaycan Cəmiyyəti (ASA) və Azeri-Amerikalı Şurası (AAC) tərəfindən dəstəklənir.

Məlumatda bildirilib ki, Amerika-Azərbaycan Cəmiyyəti (ASA) Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunda davam edən Ermənistan işğalına diqqət çəkərək, ABŞ Konqresinin üzvləri və media quruluşlarına elektron məktublar göndərir.

Xəbərə görə, müraciətdə Almaniya kansleri Angela Merkelin və Ağ Evdə birgə mətbuat konfransı keçirən ABŞ prezidenti Barak Obamanın ABŞ və NATO-ya üzv dövlətlərin Ukraynanın ərazi bütövlüyünə dəstək verdikləri xatırladılıb. 

"A.Merkel Krımın ilhaqı və Ukraynanın şərqində fəaliyyətinə görə Rusiyanı ittiham edib. Barak Obama isə yalnız Ukrayna torpaqlarının deyil, ərazi bütövlüyü və milli hakimiyyəti təhdid edilən bütün ölkələrin yanlarında olduqlarını vurğulamışdı", - müraciətdə qeyd edilib.

Son xəbərlər

Orphus sistemi