Yuxarı
    Bağlamaq

    ​ABŞ-ın dövlət katibi Ermənistan prezidenti ilə görüşüb

    Tərəflər Qarabağ münaqişəsinin hərbi həlli yolunun olmadığını qeyd ediblər

    Bakı. 16 may. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada ABŞ-ın dövlət katibi Con Kerri Ermənistan prezidenti Serj Sarqsyan ilə görüşüb.

    "Report" xəbər verir ki, görüşdə aprelin əvvəlində Dağlıq Qarabağda münaqişənin gərginləşməsindən sonra yaranan vəziyyətdən çıxış imkanları müzakirə olunub.

    Tərəflər Qarabağ münaqişəsinin hərbi həlli yolunun olmadığını və başlıca prinsiplər əsasında həll mexanizmlərinin zəruri olduğunu təsdiq ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi