ABŞ-ın ATƏT-dəki səfiri: "Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvo qəbuledilməzdir və davamlı deyil"

ABŞ-ın ATƏT-dəki səfiri: "Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvo qəbuledilməzdir və davamlı deyil" "Azərbaycan təhsil, insan alverinə qarşı mübarizə və qadın hüquqları sahəsində əhəmiyyətli irəliləyiş əldə edib"
Qarabağ
11 Fevral , 2016 17:47
ABŞ-ın ATƏT-dəki səfiri: Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvo qəbuledilməzdir və davamlı deyil

Bakı. 11 fevral. REPORT.AZ/ "ABŞ ATƏT məkanında həlli uzadılmış münaqişələrin həllinə dəstək səylərinin daim bu təşkilatın gündəmində qalmalı olduğunu hesab edir". "Report" xəbər verir ki, bu sözləri ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer Vyanada keçirilən ATƏT-in Daimi Şurasının iclasında deyib.

O qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında davamlı və razılaşdırılmış həllinə nail olmaq üçün tərəflərlə sıx təmas şəklində əməkdaşlıq etməyə davam edəcək.

D.Baer təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində son aylar ərzində tez-tez baş verən zorakılıq hallarını təəssüflə vurğulayıb.

"Biz həmsədrlərin tərəfləri gərginliyi azaltmağa və insanların həyatını qorumaq üçün təcili addımlar atmağa dair çağırışlarını dəstəkləyirik. Status-kvo nə qəbulediləndir, nə də davamlıdır və biz tərəflərə münaqişənin hərbi yolla həllinin mümkün olmayacağını xatırlatmaq istəyirik", - deyə səfir bildirib.

İkitərəfli əlaqələri şərh edən D.Baer ABŞ Azərbaycanın demokratik, firavan, təhlükəsiz və suveren ölkə kimi inkişafında maraqlı olduğunu bildirib.

"Biz bir sıra sahələrdə, o cümlədən energetika, təhlükəsizlik və kommersiya məsələlərində səmərəli əməkdaşlığı inkişaf etdirmişik. Azərbaycan təhsil, insan alverinə qarşı mübarizə və qadın hüquqları sahəsində əhəmiyyətli irəliləyiş əldə edib. Azərbaycan həmçinin beynəlxalq sülhməramlı missiyalara, terrorizmə qarşı mübarizəyə, enerji təhlükəsizliyi və diversifikasiyaya əhəmiyyətli töhfə verir", - deyə ABŞ-ın ATƏT-dəki səfiri qeyd edib.

Son xəbərlər

Orphus sistemi