Yuxarı

​ABŞ Ermənistanın Dağlıq Qarabağın "müstəqilliyi"ni tanıya biləcəyinə dair məsələyə münasibət bildirib

Birləşmiş Ştatlar Dağlıq Qarabağı tanımır

Bakı.6 may.REPORT.AZ/ ABŞ Ermənistanın qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı "qanun layihəsi"ni parlamentin gündəliyinə daxil etməsi ilə bağlı məsələyə münasibət bildirib.

"Report" xəbər verir ki, Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner jurnalistlər üçün keçirilən brifinqdə deyib ki, Birləşmiş Ştatlar beynəlxalq birliyin digər ölkələri ilə yanaşı, "Dağlıq Qarabağ"ı tanımır.

"Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamlanma kontekstində həllini tapacaq. Ona görə, biz tərəfləri nizamlanmaya nail olmaq üçün vicdanla danışıqlar masasına dəvət edirik", - deyə Toner bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi