Yuxarı
    Bağlamaq

    ABŞ eksperti: "Ermənistanın hərbi arsenalını artırması Qafqazda fəlakətə gətirib çıxara bilər"

    Beynəlxalq ictimaiyyət tərəfindən qınaq olmadıqca Ermənistan Silahlı Qüvvələri təxribatlara davam edəcək

    Bakı. 13 oktyabr. REPORT.AZ/ "Rusiyanın Ermənistana satdığı silahların gələcəkdə regionda münaqişəni alovlandıracağı və Cənubi Qafqazı daha çox həssas regiona çevirəcəyi şübhəsizdir".

    "Report" xəbər verir ki, bu fikirləri amerikalı siyasi analitik Piter Teys "Modern Diplimacy" nəşri üçün yazdığı məqalədə bildirib.

    Onun fikrincə, Rusiyanın köməyi ilə Ermənistanın hərbi arsenalını artırmağa davam etməsi Cənubi Qafqazda fəlakət üçün "reseptdir": "Beynəlxalq ictimaiyyət, qlobal oyunçular tərəfdən qınaq olmadıqca Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində təxribatlara və işğal etdikləri ərazilərində hərbi təlimlər keçirməyə davam edəcək".

    Ekspert, həmçinin Ermənistanın Rusiyadan müasir silah almasına heç bir səs çıxarmayan və bu sahədə vakuumun yaranmasına səbəb olan ABŞ hökumətini də günahlandırıb: "Rusiya hərbi sənayesi Ermənistan ordusu ilə sıx əlaqədədir və bu ölkəyə bir neçə "İsgəndər-M" raket kompleksləri göndərib. Özü də bu Rusiya-Ermənistan anlaşması ABŞ-ın Koreya yarımadasında THAAD raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı Koreya Respublikası ilə razılıq əldə etməsindən cəmi bir neçə ay sonra baş verib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi