Yuxarı

​ABŞ dövlət katibinin köməkçisi: "Biz hələ də ATƏT-in Minsk Qrupuna inanırıq"

Diplomatiya ailə həyatına bənzəyir, bəzən hər şey çox yaxşı gedir, bəzən isə müəyyən çətinliklər olur

Bakı. 23 iyul. REPORT.AZ/ "Biz hələ də ATƏT-in Minsk Qrupuna inanırıq". "Report"un verdiyi xəbərə görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavinin baş köməkçisi Riçard Hoqland deyib.

O xatırladıb ki, həmsədrlər artıq Bakıya gələrək prezident İlham Əliyevlə görüşüblər: "Diplomatiya ailə həyatına bənzəyir, bəzən hər şey çox yaxşı gedir, bəzən isə müəyyən çətinliklər olur. Ən əsası odur ki, tərəflər toplaşaraq qarşılıqlı hörmət əsasında problemin həlli üzərində işləsin. Hesab edirəm ki, hazırda məhz bu da baş verir".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi