ABŞ dövlət katibi və Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

ABŞ dövlət katibi və Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər Con Kerri və Serj Sarqsyan arasında telefon danışığı olub
Qarabağ
30 İyun , 2016 20:46
ABŞ dövlət katibi və Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Bakı. 30 iyun. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri və Ermənistan prezidenti Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. 

"Tərəflər son günlər ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı danışıqlar aparıblar. Həmçinin, söhbət əsnasında Vyana və Sankt-Peterburq görüşləri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi əsas müzakirə mövzusu olub", - deyə məlumatda bildirilib.  

Qeyd edək ki, telefon danışığı ABŞ-ın dövlət katibinin təşəbbüsü ilə baş tutub. 

Son xəbərlər

Orphus sistemi