Yuxarı

​ABŞ dövlət katibi ilə Rusiya XİN başçısı Dağlıq Qarabağ məsələsini də müzakirə edəcək

Ryabkov: Eləcə də ABŞ-Rusiya ikitərəfli münasibətləri bugünkü görüşün əsas mövzularındandır

Bakı. 16 may. REPORT.AZ/ "Bu gün Rusiya XİN başçısı Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında keçiriləcək görüşün əsas mövzusu Suriya və Dağlıq Qarabağ, əlbəttə ki, Ukraynadakı vəziyyət, eləcə də ABŞ-Rusiya ikitərəfli münasibətləridir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Qeyd edək ki, mayın 16-da Avstriyanın paytaxtı Vyanada ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçiriləcək görüşdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyət də müzakirə ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi