Yuxarı

​ABŞ Dövlət Departamentinin rəsmisi: "Dağlıq Qarabağ münaqişəsinin həllində digər alternativlər çox dəhşətlidir"

Erik Rubin: Bir sıra məsələlərin həlli üzrə tənzimləməyə nail olmaq üçün tərəflər seçim etməlidir. Məhz bunda hələ heç nəyə nail olunmayıb

Bakı. 16 iyul. REPORT.AZ/ "Biz birmənalı şəkildə bildiririk ki, vəziyyəti kəskinləşdirməmək, indiki gərgin və təhlükəli vaxtda hadisələrdən qaçmaq üçün hər iki tərəf bütün imkanlardan istifadə edib. Bu çox vacibdir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu iyulun 16-da ABŞ dövlət katibinin Şərqi Avropa, Qafqaz və regional münaqişələr üzrə köməkçisinin müavini Erik Rubin Vaşinqtonda, Brukings İnstitutundakı çıxışında bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin alternativi yoxdur.

"Biz bu məsələyə ədalətli, sülhün və uzunmüddətli sabitliyin təmin olunması baxımından qarşılıqlı faydalı qərarın qəbul edilməsi mövqeyindən yanaşırıq. Məhz hamının məsələyə bu mövqedən baxması lazımdır. Çünki problemin başqa həlli yolu yoxdur. Qalan alternativlər o dərəcədə dəhşətlidir ki, onlara baxmağa belə ehtiyac yoxdur", - Dövlət Departamentinin təmsilçisi vurğulayıb.

Onun sözlərinə görə, münaqişənin dinc yolla həlli üzrə danışıqlarda irəliləyişin əldə edilməsinə hər iki tərəfin sadiq qalacağını təsdiqləyəcəyinə ümid edirlər: "Bir sıra məsələlərin həlli üzrə tənzimləməyə nail olmaq üçün tərəflər seçim etməlidir. Məhz bunda hələ heç nəyə nail olunmayıb. Bu sadə iş deyil".

Amerikalı diplomat deyib ki, ölkəsi ATƏT-in Minsk Qrupunun iki həmsədri - Rusiya və Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, münaqişənin kəskinləşməməsindən ötrü həmsədrlərin səylərini gücləndirmək çox vacibdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi