Yuxarı

ABŞ Dövlət Departamenti: Ermənistan hərbi helikopterinin pilotlarının meyitlərinin qaytarılması üzrə vəziyyəti izləyirik

Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda səyləri cəmləməyə çağırıb

Bakı. 25 noyabr. REPORT. AZ/ ABŞ Dövlət Departamenti noyabr ayının 12-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vurulan Ermənistan hərbi helikopterinin pilotlarının meyitlərinin qaytarılması üzrə vəziyyəti izləyir. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin direktoru Ceff Ratke jurnalistlər üçün brifinqdə bildirib. 

"Bu insident və vəziyyətin gərginləşməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının axtarılmasının vacibliyini göstərir", - Ratke qeyd edib.

O, münaqişə tərəflərini təmkinli olmağa və təmas xəttində gərginliyin artmasına səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırıb.

"Biz həmçinin tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllinə nail olmaq üçün danışıqlarda səyləri cəmləməyə çağırırıq", - C.Ratke bildirib. O vurğulayıb ki, Minsk qrupunun həmsədri olan ABŞ bu məsələdə əvvəlki kimi, kömək etməyə hazırdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi