Yuxarı

ABŞ Dövlət Departamenti: "Gərginliyin azaldılmasını istəyirik"

ABŞ Türkiyə-Rusiya münasibətlərində gərginliyin azaldılmasında və Dağlıq Qarabağ münaqişəsinin genişlənməsinin qarşısını almaqda maraqlıdır

Bakı. 10 dekabr. REPORT.AZ/ "ABŞ Türkiyə-Rusiya münasibətlərində gərginliyin azaldılmasında və Dağlıq Qarabağ münaqişəsinin genişlənməsinin qarşısını almaqda maraqlıdır".

"Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi namayəndəsi Con Kirbi deyib.

C.Kirbi keçirdiyi brifinqdə Türkiyə-Rusiya münasibətlərində yaranmış gərginlik və bunun Dağlıq Qarabağ münaqişəsinə mümkün təsirini şərh edib:

"Biz mənbəsindən asılı olmayaraq, gərginliyin çoxalmasından narahatıq. Aydın məsələdir ki, hər iki halda gərginliyin azalmasını və "soyuq baş"la düşünmənin başlamasını istəyirik. Dediyim kimi, bizi, əlbəttə ki, bu zorakılıq narahat edir və hadisələri yaxından izləyirik. Türkiyə və Rusiya arasında münasibətlər, xüsusilə bir neçə həftə əvvəl təyyarənin vurulmasından sonra, olduqca gərgindir. Biz gərginliyin azaldılmasını istəyirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi