ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi tərəflərini vəziyyəti sabitləşdirməyə çağırıb

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi tərəflərini vəziyyəti sabitləşdirməyə çağırıb "Münaqişənin sülh yolu ilə həlli prosesinə qayıtmaq lazımdır"
Qarabağ
30 Aprel , 2016 08:50
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi tərəflərini vəziyyəti sabitləşdirməyə çağırıb

Bakı. 30 aprel. REPORT.AZ/ "Biz zorakılığın artmasını müşahidə etmək istəmirik. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə qayıtmaq lazımdır". 

"Report" xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner qoşunların təmas xəttində vəziyyəti şərh edərkən bildirib. 

"Biz Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa və sülh prosesinə qayıtmağa çağırırıq", - Toner qeyd edib.

Son xəbərlər

Orphus sistemi