ABŞ-da Xocalı faciəsinin qurbanlarının xatirəsi yad ediləcək

ABŞ-da Xocalı faciəsinin qurbanlarının xatirəsi yad ediləcək Tədbir Azərbaycan baş konsulluğunun, Piko Şul sinaqoqunun və Kral Fəhd məscidinin dəstəyi ilə keçiriləcək
Qarabağ
18 Fevral , 2016 10:40
ABŞ-da Xocalı faciəsinin qurbanlarının xatirəsi yad ediləcək

Bakı. 18 fevral. REPORT.AZ/ Fevralın 21-də Kaliforniya ştatının Kulver şəhərində yerləşən Kral Fəhd məscidində Xocalı faciəsinin qurbanları anılacaq.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, tədbir Azərbaycan baş konsulluğunun, Piko Şul sinaqoqunun və Kral Fəhd məscidinin dəstəyi ilə keçiriləcək.

Tədbirdə bir neçə dini konfessiyaların nümayəndələri iştirak edəcək, tanınmış yerli dini liderlərin - ravvin İon Bukstayn və Məhəmməd Xanın çıxışı olacaq, eləcə də birgə dua ediləcək.

Son xəbərlər

Orphus sistemi