Yuxarı
    Bağlamaq

    ABŞ Azərbaycan və Ermənistanın XİN başçılarının Vyana görüşünü alqışlayır

    Harri Kamian: Prezidentlərin təmas xəttində gərginliyin azalması üçün danışıqların aktivləşməsi ilə bağlı razılaşmalarından məmnunuq

    Bakı. 8 dekabr. REPORT.AZ/ ABŞ Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vyana görüşünü alqışlayır.

    "Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki müvəqqəti işlər vəkili Harri Kamian Vyanada ATƏT-in Nazirlər Şurasının iclasında deyib.

    Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsinin nizama salınması üzrə səylərini dəstəkləyir.

    "Biz Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin dekabrın 6-da keçirilmiş görüşünü və Minsk Qrupu ölkələrinin həmsədrlərinin nümayəndə heyətlərinin başçılarının bəyanatını alqışlayırıq. Oktyabr sammitində Ermənistan və Azərbaycan prezidentlərinin təmas xəttində gərginliyin azaldılması üçün danışıqların aktivləşməsi ilə bağlı razılaşmalarından məmnunuq", - deyə Kamian əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi