Yuxarı
    Bağlamaq

    ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburqda əldə etdiyi razılaşmaların həyata keçməsini gözləyir

    Vaşinqton, həmçinin Dağlıq Qarabağda ATƏT-in müşahidə missiyasının genişləndirilməsini görmək istəyir

    Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ Dağlıq Qarabağda ATƏT-in müşahidə missiyasının genişləndirilməsini gözləyir.

    "Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "İnterfax"a müsahibəsində deyib.

    "Bu sammitlər sayəsində (Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü və ondan əvvəl Vyanadakı ikitərəfli yüksək səviyyəli görüş - REPORT) nizamlanma üçün çoxsaylı şərtlər ortaya çıxdı. Misal üçün Dağlıq Qarabağda ATƏT-in müşahidə missiyasının genişləndirilməsi. Biz, əlbəttə ki, bu razılaşmaların inkişafını gömək istərdik", - deyə C.Uorlik bildirib.

    O qeyd edib ki, bu, Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə nizamlanması prosesində növbəti addımların atılması üçün ABŞ-ın Vyana sammitindən sonra həyata keçməsini gözlədiyi razılaşmalardan biridir.

    "Vyanada ABŞ-ın dövlət katibi Con Kerrinin sədrliyi ilə sammit keçirildi. Bu yaxınlarda Vladimir Putin Sankt-Peterburqda iki prezidenti qəbul etdi. Nəticədə, biz Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaların, həmçinin sülh prosesində növbəti addımların atılmasına dair razılaşmanın həyata keçməsini görmək istərdik", - deyə o qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi