Yuxarı
    Bağlamaq

    Aberdində Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib

    Tədbirin məqsədi Aberdin əhalisinə Xocalı faciəsi haqqında məlumat vermək olub

    Bakı. 22 fevral. REPORT.AZ/ Şotlandiyanın Aberdin şəhərində Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib.

    "Report" xəbər verir ki, tədbir Sent Nikolas mərkəzinin yaxınlığında baş tutub.

    Tədbirin məqsədi Aberdin əhalisinə Xocalı faciəsi haqqında məlumat vermək olub. Aberdində yaşayan və təhsil alan azərbaycanlılar şəhər sakinlərinə üzərində bu hadisələr haqqında məlumat olan broşürlar paylayıb, eləcə də əllərində ermənilərin törətdiyi soyqırımı barədə məlumatların əks olunduğu plakatlar nümayiş etdirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi