Yuxarı

Abdulla Gül: "Qarabağ məsələsində ikili standartlar müşahidə olunur"

Ukraynada münaqişə başlayanda dünya ictimaiyyəti öz mövqeyini bildirdi, lakin Qarabağ münaqişəsi ilə bağlı susdu

Bakı. 30 aprel. REPORT.AZ/ "Bu gün Qafqazda sabitlik yoxdur. Bunun səbəbi Dağlıq Qarabağ münaqişəsidir". "Report" xəbər verir ki, bu barədə Türkiyənin sabiq prezidenti Abdulla Gül "ADA" Universitetində çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun 20 illik fəaliyyəti, təəssüf ki, nəticə verməyib. "Biz istəyirik ki, Qafqaz divar yox, Avropa və Asiyanı birləşdirən yol olsun. Bunun üçün münaqişə həll olunmalıdır".

A.Gül həmçinin qeyd edib ki, bu münaqişə ilə bağlı ikili standartlar mövcuddur, bu da həmin münaqişənin davam etməsinə səbəb olur: "Ukraynada münaqişə başlayanda dünya ictimaiyyəti öz mövqeyini bildirdi, lakin Qarabağ münaqişəsi ilə bağlı susdu. Biz Azərbaycanın inkişafını görürük, lakin istəyirik ki, bu inkişaf regionun hüdudlarından kənara da yayılsın, bunun üçün isə həmin münaqişəni həll etmək lazımdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi