Yuxarı
    Bağlamaq

    ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəfləri konstruktiv tədbirlər görməyə çağırıb

    Münaqişənin sülh yolu və davamlı həlli dialoq vasitəsilə mümkündür

    Bakı. 30 oktyabr. REPORT.AZ/ "ABŞ tərəfləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konstruktiv tədbirlər görməyə çağırıb". "Report"un verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki keçirdiyi brifinqdə bəyan edib. 

    O qeyd edib ki, münaqişə tərəfləri "inam yaradacaq tədbirlər görməlidirlər və bu zaman prezidentlərin bu il keçirilən üç görüşü nəticəsində yaranan impulsa əsaslanmaq olar. Buna isə dialoq vasitəsilə nail olmaq mümkündür".

    C.Psaki xatırladıb ki, ABŞ Dövlət katibi Kerri Uelsdə NATO sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr olunan görüşlər keçirib. 

    Psaki tərəfləri "münaqişənin sülh yolu və davamlı həllinə nail olmaq üçün həqiqi danışıq prosesinə" başlamağa çağırıb. 

    O, vurğulayıb ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi