7 erməni silahlısını məhv edən zabit: "Yenidən döyüşməyə hazıram" - FOTO

7 erməni silahlısını məhv edən zabit: "Yenidən döyüşməyə hazıram" - FOTO Hazırda o, hospitalların birində müalicə alır
Qarabağ
15 Aprel , 2016 10:34
7 erməni silahlısını məhv edən zabit: Yenidən döyüşməyə hazıram - FOTO

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan ordusunun zabiti Asif Rəsulov ermənilərə qarşı qəhrəmancasına vuruşub. O, Talış yüksəkliyini qoruyarkən aprelin 6-da ağır yaralanıb. Hazırda hospitalların birində müalicə alır.

Bu barədə "Report"a A.Rəsulovun yaxın qohumu Bəxtiyar Nuriyev məlumat verib. O bildirib ki, zabit həmin yüksəkliyi qorumaq üçün könüllü gedib: "Talış yüksəkliyi ermənilərdən alındıqdan sonra, ermənilər yenidən həmin mövqeni tutmaq üçün cəhd ediblər. Bu zaman döyüş başlayıb. Asifgil 4 nəfər olublar, onlardan 3-ü şəhid olub. Asif özü isə ağır yaralanıb, 2 snayper, 3 avtomat gülləsi dəyib, qəlpə yarası alıb. Onlar döyüşdə xeyli erməni əsgərini məhv ediblər. Təkcə Asif özü 7 erməni silahlısını zərərsizləşdirib. Zabitimizin sağ qalması, sadəcə, möcüzədir. Hazırda o, hospitalların birində müalicə alır, vəziyyəti yaxşıdır".

Asif Rəsulovun Azərbaycan ordusunda 22 il qüsursuz xidmət etdiyini deyən B.Nuriyev qeyd edib ki, o, buna görə mükafatlandırılıb, təşəkkürnamələr alıb: "O yenə də deyir ki, Qarabağda müharibə başlasa, gedər. Hazırda onun nədənsə narazılığı yoxdur, yüksək səviyyədə diqqət və qayğı göstərilir".

Qeyd edək ki, Asif Rəsulov 1977-ci ildə Ağstafada doğulub. Ailəlidir, 2 övladı var.

Son xəbərlər

Orphus sistemi