Yuxarı
    Bağlamaq

    Deputat: “Zəhra Quliyevanın fotolarını yaymalı və bütün beynəlxalq platformalarda təbliğ etməliyik”

    Tək gənclər yox, bütün insanlar bu sahədə aktiv olmalıdırZəhra Quliyeva və Aylan Kurdi

    Bakı. 5 iyul. REPORT.AZ/ “Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın fotolarını yaymalı və bütün beynəlxalq platformalarda təbliğ etməliyik”. 

    Bunu “Report”a Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa deyib.

    Millət vəkilinin sözlərinə görə, bununla bağlı broşürlər hazırlamalı və Avropa Şurasında yayılmalıdır ki, ermənilərin vəhşiliyi haqqında təsəvvürlər daha da genişlənsin: “Biz işğal nəticəsində baş verən uşaqların məhv edilməsi faktına diqqət yönəltməliyik. Dünyanın buna nə reaksiya verməsinə aludə olmamalıyıq. Çünki kimsədən umacağımız yoxdur. Nəticə odur ki, torpaqlarımız işğal olunub və buna normal reaksiya ala bilmiriksə, uşağın ölümünə görə əlahiddə münasibət gözləməyimiz doğru olmaz. Biz sadəcə öz işimizi görməliyik. Çünki bunun nəticəsi əvvəl-axır olacaq”.

    Fazil Mustafa vurğulayıb ki, bu fakt doğru istifadə edilsə müəyyən qərarların əsası olacaq, doğru istifadə edilməsə, bir neçə müddətdən sonra unudulacaq. Onun sözlərinə görə, tək gənclər yox, bütün insanlar bu sahədə aktiv olmalıdır.

    Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

    Ermənilər tərəfindən öldürülən Zəhra Quliyeva və dəniz dalğalarının sahilə çıxardığı suriyalı Aylan Kurdi

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi