Yuxarı

Ermənistanın XİN rəhbəri ATƏT sədri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib

Bakı. 18 fevral. REPORT.AZ/ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyan Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşüb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.

Tərəfin görüşün gedişatında Slovakiya ilə Ermənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Görüşdə həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına toxunulub.  

Daha əvvəl ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, beynəlxalq təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli əsnasında yaranan müsbət məqamların yaratdığı imkanlardan yararlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi