Bakı. 31 yanvar. REPORT.AZ/ "Rusiya rəsmi Bakı və Yerevan arasında son vaxtlar müxtəlif səviyyələrdə baş tutan əlaqələri alqışlayır".
"Report" xəbər verir ki, bu barədə Rusiya
"Bu məsələ (Dağlıq Qarabağ münaqişəsi - red.) ilə bağlı mövqeyimiz dəyişməzdir", - M.Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi vasitəçilik funksiyasını xoş niyyətlə və səmərəli şəkildə həyata keçirir.
"Son vaxtlar rəsmi Bakı və Yerevan arasında müxtəlif səviyyələrdə baş tutan siyasi əlaqələri alqışlayırıq. Tərəflərin özlərinin verdiyi konstruktiv qiymətləndirmələri eşitmişik. Hesab edirik ki, bu, irəliyə doğru atılmış düzgün addımdır", - Rusiya XİN nümayəndəsi söyləyib.