Zakir Həsənov Prezidentin tapşırıqlarını ön xətdə olan döyüşçülərə çatdırıb

Zakir Həsənov Prezidentin tapşırıqlarını ön xətdə olan döyüşçülərə çatdırıb Müdafiə naziri ön xətdə yerləşən bölmələrdə olub
Qarabağ
27 Aprel , 2016 15:38
Zakir Həsənov Prezidentin tapşırıqlarını ön xətdə olan döyüşçülərə çatdırıb

Bakı. 27 aprel. REPORT.AZ/ Cəbhəboyu zonada səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, mövqələrdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb.

Kəşfiyyat bölmələrinin təlim nöqtəsində, artilleriya bölmələrinin atışın idarə edilməsi məntəqəsində olan general-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması ilə əlaqədar müvafiq göstərişlər verib.

Son xəbərlər

Orphus sistemi