Yuxarı
    Bağlamaq

    Zakir Həsənov cəbhə xəttinə gedib

    Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib
    © Mod.gov.az

    Bakı. 29 yanvar. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, ön xətt bölmələrində olan müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

    Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzələr edilib. Bildirilib ki, burada yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

    Dövlət başçısının Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə əminliyini ifadə edən müdafiə naziri hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

    Cəbhə bölgəsində yeni inşa edilən bölmələrdən birinin açılışını edən Müdafiə naziri burada yaradılmış şəraitlə tanış olub, şəxsi heyətlə söhbət aparıb və nahar edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi