Azərbaycan hərbçiləri "Yırtıcı Şahin-2015" təliminin yekun planlaşdırma konfransına qatılacaq

Azərbaycan hərbçiləri "Yırtıcı Şahin-2015" təliminin yekun planlaşdırma konfransına qatılacaq Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində qiymətləndiricilər üçün 29-cu təlim kursu da keçiriləcək
Qarabağ
13 Aprel , 2015 10:07
Azərbaycan hərbçiləri Yırtıcı Şahin-2015 təliminin yekun planlaşdırma konfransına qatılacaq

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. "Report"un Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə aprelin 14-dən 16-dək Doha şəhərində (Qətər) "Yırtıcı Şahin-2015" təliminin yekun planlaşdırma konfransı, aprelin 14-dən 17-dək Kaunas şəhərində (Litva) yaralılara hospitala təxliyyədən öncəki tibbi yardım kursu, aprelin 14-dən 24-dək isə Əmman şəhərində (İordaniya) Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində qiymətləndiricilər üçün 29-cu təlim kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi