YAP-ın icra katibinin müavini: “Müharibəyə hər an hazır olmalıyıq”

YAP-ın icra katibinin müavini: “Müharibəyə hər an hazır olmalıyıq” “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən yaş həddində olan insanları siyahıya almalıdır”
Qarabağ
16 Dekabr , 2016 14:55
YAP-ın icra katibinin müavini: “Müharibəyə hər an hazır olmalıyıq”

Bakı. 16 dekabr. REPORT.AZ/ “Dondurulmuş münaqişə odur ki, hər an müharibə alovlana bilər. Aprel döyüşləri də bunu göstərdi. Ona görə də biz hər an hazırlıqlı olmalıyıq”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib .

O bildirib ki, Azərbaycanda kifayət qədər ehtiyatda olan hərbçi var, lazım olarsa, onlardan da istifadə etmək olar.

S.Novruzov qeyd edib ki, 1990-cı illərdə vətənpərvərlər ermənilərin qarşısında dayanıb, müqavimət göstəriblər: “Belə olmasaydı, ermənilərin Kür çayına qədər gəlib çıxacaqdılar. Bu mənada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən yaş həddində olan insanları siyahıya almalıdır. Sonra bunlara təlim keçməlidirlər. Əsas döyüşləri elə müqavilə əsasında çalışanlar aparır. 18 yaşına çatanlar isə xeyli təcrübə keçməlidirlər”.

O vurğulayıb ki, mətbuatda ordu ilə bağlı gedən yazılara ciddi nəzarət olmalıdır: “Düzdür, nəzarət var, amma bəzi xaricdən idarə olunan media orqanları məlumatlar yayır. Bunun da qarşısı alınmalıdır. Müharibə şəraitində olan ölkədə ordu ilə bağlı xəbərlər yalnız Müdafiə Nazirliyinin yaydığı kimi olmalıdır”.

YAP rəsmisi vurğulayıb ki, əvvəllər cəbhə bölgələrində istefada olan generalları icra başçısı təyin edirdilər: “Bu təcrübədən yenə də istifadə etmək lazımdır. Çünki onların kifayət qədər idarəçilik qabiliyyəti var”.

Son xəbərlər

Orphus sistemi