Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Xocalı soyqırımı fotolarda” adlı tədbir keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi
Tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib ki, Azərbaycan xalqının tarixində ən dəhşətli, qandonduran, tükürpədici faciələr içərisində Xocalı soyqırımı ayrıca yer tutur: “Xocalı faciəsi eyni zamanda bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Qocaların, uşaqların, qadınların ən qəddar şəkildə qətlə yetirilməsi, öldürülən insanların meyitlərinin üzərində təhqiramiz hərəkətlərin edilməsi ondan xəbər verir ki, bu bəşəriyyətə qarşı çevrilmiş bir vəhşilik, cinayət idi. Biz Xocalı hadisəsini birmənalı şəkildə, qəti olaraq soyqırımı hesab edirik. Həmin insanlar azərbaycanlı olduqlarına görə qətlə yetirildilər. Azərbaycan xalqı heç zaman bu soyqırımı unutmayıb, unutmur və heç zaman unutmayacaq. Xocalı soyqırmı Azərbaycan xalqının qan yaddaşına çevrilib və Azərbaycan xalqının tarixinin bütün mərhələlərində ən qanlı faciə kimi Azərbaycan xalqı ilə birlikdə yaşayacaq”.
Ə.Əhmədov qeyd edib ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması və soyqırımı kimi qəbul olunması istiqamətində böyük işlər görülür, xüsusilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan işlər nəticəsində bir sıra dövlətlərdə Xocalı faciəsi soyqırımı kimi qəbul olunub: “Bütövlükdə daha geniş miqyasda Xocalı faciəsinin soyqırımı kimi qəbul olunması istiqamətində bizim qarşımızda böyük vəzifələr durur. Bu faciənin bizi ən çox narahat edəm məqamlarından biri də odur ki, Xocalı faciəsini törədənlər öz layiqli cəzalarını almayıblar. Nəinki cəzalarını almayıblar, bir sıra hallarda isə onlar Xocalı faciəsini törətdiklərinə görə fəxr etdiklərini dillərinə gətirib və bu barədə bəyanatlar səsləndiriblər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, beynəlxalq qurumlar tərəfindən Xocalı soyqırımını törədən insanlar barəsində indiyə qədər heç bir addım atmayıblar”.
Daha sonra isə çıxış edən Xocalıdan olan deputat Elman Məmmədov bildirib ki, bu gün bütün xocalılar üçün danışmaq çox ağırdır: “Çünki bu gün Xocalının son günüdür. Biz 28 il bundan öncə bilmirdik ki, fevralın 25-i Xocalının son günü olacaq. Çünki respublika rəhbərliyi bizim gündəlik müraciətlərimizə belə cavab verirdi: “Qorxmayın, möhkəm dayanın, sabah gələcəyik” Son bir ayın danışıqlarının məzmunu bu cür idi. Xocalı son 4 ayını mühasirə şəraitində yaşadı. 1991-ci il noyabr ayının 1-dən bugünkü günə qədər mühasirə davam edir. Bu 4 ayda o dövrün deputatları
O qeyd edib ki, Xocalı soyqırımı ilk dəfə dünyada
Tədbir daha sonra çıxışlarla davam edib.