XİN: Təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür

XİN: Təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir.
Qarabağ
2 Aprel , 2019 17:12
XİN: Təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür

"Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir". 

"Report"un məlumatına görə, bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətindən bildirilib. 

"Hesab edirik ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir. Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk qrupunu həmsədrlərin fəaliyyətini ciddi sual altına qoyur. Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir", - XİN-dən bildirilib. 

Son xəbərlər

Orphus sistemi