Bakı. 5 fevral. REPORT.AZ/ "Rusiya təkidlə Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmaq və münaqişənin alovlanmasının qarşısını almaq üçün effektiv tədbir görməyə çağırır".
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç Moskvada keçirilən brifinqdə bildirib.
O xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Münhendə Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşəcək. Görüş zamanı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi məsələsi müzakirə olunacaq.