XİN rəhbəri: "Ermənistanın işğalçı siyasəti İslamın tarixi və mədəni irsinə qarşı bir hücumdur"

XİN rəhbəri: "Ermənistanın işğalçı siyasəti İslamın tarixi və mədəni irsinə qarşı bir hücumdur" "Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələr qəddar şəkildə məhv edilib və təhqirə məruz qalıb"
Qarabağ
5 May , 2018 15:34
XİN rəhbəri: Ermənistanın işğalçı siyasəti İslamın tarixi və mədəni irsinə qarşı bir hücumdur

Bakı. 5 may. REPORT.AZ/ "Ermənistanı açıq şəkildə işğalçı kimi tanıyan BMT və onun Təhlükəsizlik Şurası və İƏT qətnamələri işğalçı ilə münasibətlərin inkişaf etdirilməsini istəyən bütün müsəlman ölkələrinə əsas mesaj olmalıdır, çünki Ermənistanın işğalçı siyasəti yalnız Azərbaycanın dini və mədəni irsinə deyil, ümumiyyətlə, İslamın tarixi və mədəni irsinə qarşı bir hücumdur".

"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dəkkə şəhərində keçirilən  İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında çıxışında deyib. 

"Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20% -i, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonunun işğal olunduğu, həmçinin, təxminən, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi təsdiq olunmuş faktdır. Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələr qəddar şəkildə məhv edilib və təhqirə məruz qalıb. İƏT-ə üzv ölkələrin İƏT Nazirlər qətnamələrində əks olunmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə güclü və ədalətli mövqeyinə görə təşəkkür edirəm", - deyə XİN başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi