XİN: Kəlbəcərdə qəsəbənin salınması Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir

XİN: Kəlbəcərdə qəsəbənin salınması Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir Bakı. 17 oktyabr. REPORT.AZ/ Danışıqlar prosesinin ruhuna, MDB-nin Düşənbə sammiti əsnasında aparılmış müzakirələrə zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin davam etdirilməsi münaqişənin həlli istiqamətində beynəlxalq səylərə xələl gətirir.
Qarabağ
17 Oktyabr , 2018 17:21
XİN: Kəlbəcərdə qəsəbənin salınması Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Danışıqlar prosesinin ruhuna, MDB-nin Düşənbə sammiti əsnasında aparılmış müzakirələrə zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin davam etdirilməsi münaqişənin həlli istiqamətində beynəlxalq səylərə xələl gətirir".

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Bu kimi əməllər Ermənistanın sözü ilə əməlləri arasında ziddiyyətin olduğunu, bu ölkənin qeyri-konstruktivliyini və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə nümayiş etdirir.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən məskunlaşmanın aparılması, demoqrafik vəziyyətin dəyişdirilməsi və digər bu kimi qeyri-qanuni əməllərin həyata keçirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməlləri məsələsi davamlı surətdə qaldırılır", - XİN-dən bildirilib. 

Qeyd edək ki, Ermənsitan kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barədə məlumat verilir.

Son xəbərlər

Orphus sistemi