XİN: Ermənistan əsir və girovlarla bağlı məlumat mübadiləsi aparmaqdan imtina edir

XİN: Ermənistan əsir və girovlarla bağlı məlumat mübadiləsi aparmaqdan imtina edir "Azərbaycanda ailələr var ki, 20 ildən çoxdur öz yaxınlarından məlumat gözləyirlər"
Qarabağ
27 Fevral , 2015 13:01
XİN: Ermənistan əsir və girovlarla bağlı məlumat mübadiləsi aparmaqdan imtina edir

Bakı. 27 fevral. REPORT.AZ/ "Ermənistan əsir və girovlarla bağlı Azərbaycanla Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə məlumat mübadiləsi aparmaqdan imtina edir. Ermənistan bu məsələdə açıqlıq və şəffaflıq göstərmir". "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

O xatırladıb ki, 2014 cü ildə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı tərəflər bu məsələdə razılığa gəliblər. Onun sözlərinə gorə, Azərbaycan bunu müsbət qarşılayıb və əməkdaşlığa hazır olduğunu bildirib.

H.Hacıyev bildirib ki, Azərbaycandan 4 mindən çox şəxs əsir və itkin düşmüş hesab olunur. Ermənistan bu məsələdə açıqlıq və xoş niyyət göstərməlidir.

"Təəssüf ki Ermənistan tərəfindən qeyri-konstruktivlik nümayiş etdirilir. Azərbaycanda ailələr var ki, 20 ildən çoxdur öz yaxınlarından məlumat gözləyirlər".

XİN rəsmisi Ermənistanın bu məsələdə əməkdaşlıqdan imtina etdiyini də vurğulayıb. O əlavə edib ki, beynəlxalq hüquqa görə Ermənistan bu məsələdə məsuliyyət daşıyır.

"Məlumatlar var ki, azərbaycanlılar orda kütləvi şəkildə öldürülüb və kütləvi şəkildə basıdırlıb. Onlar üzərində DNT analizi aparılmalıdır ki, kimlikləri müəyyən edilsin. Ermənistan isə əməkdaşlıqdan imtina edir, destruktivlik göstərir".

Son xəbərlər

Orphus sistemi