Yuxarı
    Bağlamaq

    XİN: Ermənilərin sosial şəbəkələrdə Azərbaycana qarşı nifrət təzahürlərini əks etdirən faktlar beynəlxalq qurumların diqqətinə çatdırılacaq

    Ermənistan ictimaiyyəti və dövləti üzr istəmək əvəzinə, nifrət dolu bəyanatlar verir
    © Report.az

    Bakı. 7 iyul. REPORT.AZ/ "Təəssüf ki, Alxanlı kəndində baş verən insidentdən sonra Ermənistan ictimaiyyəti və dövləti üzr istəmək və belə hərəkətləri qınamaq əvəzinə, nifrət dolu bəyanatlar verir".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

    Onun sözlərinə görə, bu, Ermənistan rəhbərliyini uzun müddətdir həyata keçirdiyi nifrət ideologiyasının göstəricisidir: "Bu ölkədə Melkonyan, Qaregin Njde kimi insanlar qəhrəman kimi anılır. Azərbaycan və qonşu ölkələrə qarşı nifrət təlqin edilir. Bu isə ksenofobiyaya aydın sübutdur".

    H.Hacıyev bildirib ki, bunlar, eləcə də ermənilərin sosial şəbəkələrdə Azərbaycana qarşı nifrət təzahürlərini əks etdirən faktlar BMT-nin institutları yanında Azərbaycanın nümayəndəlikləri tərəfindən BMT İnsan Haqları Şurasının və digər müvafiq strukturların diqqətinə çatdırılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi