XİN başçısı: "Mərakeş ərazi bütövlüyü məsələsində Azərbaycanı tam dəstəkləyir"

XİN başçısı: "Mərakeş ərazi bütövlüyü məsələsində Azərbaycanı tam dəstəkləyir" Nasser Bourita: "Əlaqələrimiz ikitərəfli əməkdaşlıq və qarşılıqlı anlaşma əsasında qurulur"
Qarabağ
5 Mart , 2018 14:09
XİN başçısı: Mərakeş ərazi bütövlüyü məsələsində Azərbaycanı tam dəstəkləyir
Mərakeşin xarici işlər və beynəlxalq əlaqələr naziri Nasser Bourita / Report/ Firi Salim

Bakı. 5 mart. REPORT.AZ/ "Mərakeş ərazi bütövlüyü məsələsində Azərbaycana tam dəstəyini ifadə edir".

"Report" xəbər verir ki, bunu Mərakeşin xarici işlər və beynəlxalq əlaqələr naziri Nasser Bourita Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O xatırladıb ki, həm Azərbaycanın, həm də Mərakeşin ərazi bütövlüyü pozulub.

"Bir çox məsələlərdə çoxsaylı oxşar nöqtələrimiz var. Əlaqələrimiz ikitərəfli əməkdaşlıq və qarşılıqlı anlaşma əsasında qurulur. Biz Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıyıq", - nazir bildirib.

"İqtisadi əlaqələrimizin də siyasi sahədə olduğu kimi, sıx olmasını istəyirik. Bunun üçün hüquqi baza yaradılacaq və özəl sektor, biznes cəlb olunacaq", - N.Bourita vurğulayıb.

Son xəbərlər

Orphus sistemi