XİN başçısı: "Latviya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir"

XİN başçısı: "Latviya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir" "Tərəflər arasında etimad tədbirlərinin gələcəkdə daha da gücləndirilməsi üzrə görülən işləri davam etdirmək vacibdir"
Qarabağ
8 Dekabr , 2016 14:44
XİN başçısı: Latviya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir

Bakı. 8 dekabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik".

"Report" xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqar Rınkeviç ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.

"Tərəflər arasında etimad tədbirlərinin həyata keçirilməsi və gələcəkdə daha da gücləndirilməsi üzrə görülən işləri davam etdirmək vacibdir" - E.Rınkeviç bildirib.

Son xəbərlər

Orphus sistemi