Elmar Məmmədyarov: "Hərbi əsirlərin mübadiləsi Qarabağla bağlı danışıqlar üçün daha əlverişli fon yarada bilər"

Elmar Məmmədyarov: "Hərbi əsirlərin mübadiləsi Qarabağla bağlı danışıqlar üçün daha əlverişli fon yarada bilər" Azərbaycan dəfələrlə hər iki tərəfdə saxlanan şəxslərin hamı hamıya prinsipinə uyğun mübadiləsini təklif edib.
Qarabağ
27 May , 2019 10:32
Elmar Məmmədyarov: Hərbi əsirlərin mübadiləsi Qarabağla bağlı danışıqlar üçün daha əlverişli fon yarada bilər
Xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Firi Salim

"Azərbaycan dəfələrlə hər iki tərəfdə saxlanan şəxslərin "hamı hamıya" prinsipinə uyğun mübadiləsini təklif edib".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Kommersant"a müsahibəsində deyib.

Onun sözlərinə görə, saxlanılan şəxslərin və hərbi əsirlərin "hamı hamıya" prinsipinə uyğun olaraq mübadiləsi dünya təcrübəsində qəbul olunur və dəstəklənir: "Bu, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də dəstəklənir. Əminik ki, bu, danışıqların gələcək inkişafı və hər iki ölkənin cəmiyyətlərinin sülhə hazırlığı üçün daha əlverişli emosional fon yarada bilər".

Real səfərlərin həyata keçirilməsinə gəlincə, nazir belə deyib: "Burada, ilk növbədə, bu mövzunun iki cəmiyyət üçün nə dərəcədə həssas olduğunu xatırlamaqla konkret, hətta deyərdim, hər detalı düşünülmüş təkliflər istiqamətində işləmək lazımdır. Başqa sözlə, sülh naminə çalışmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi