XİN başçısı: "Azərbaycan Qarabağ münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək"

XİN başçısı: "Azərbaycan Qarabağ münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək" Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb
Qarabağ
12 Dekabr , 2016 16:36
XİN başçısı: Azərbaycan Qarabağ münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin intensivləşdirilməsi və mövcud vəziyyətin dəyişdirilməsi barədə fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi