XİN: Azərbaycan və Ermənistan XİN başçıları növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsini müzakirə ediblər

XİN: Azərbaycan və Ermənistan XİN başçıları növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsini müzakirə ediblər Hikmət Hacıyev: “Həmsədr ölkələrin, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi baş tutub”
Qarabağ
9 Dekabr , 2016 15:00
XİN: Azərbaycan və Ermənistan XİN başçıları növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsini müzakirə ediblər

Bakı. 9 dekabr. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəvəti əsasında dekabrın 8-də gecə radələrində həmsədrlərin, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi baş tutub".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, Hamburqdan görüşündən əvvəl Fransa xarici işlər naziri 2+3 formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilməsini təklif edib: "Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq siyasəti nəticəsində 2+3 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmadı.

Şam yeməyi əsnasında həmsədrlərlə növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb". 

Son xəbərlər

Orphus sistemi