XİN: Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün nazirlər səviyyəsində görüşün keçirilməsinə hazırdır

XİN: Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün nazirlər səviyyəsində görüşün keçirilməsinə hazırdır Hikmət Hacıyev: “Rəsmi Bakı Minsk qrupu həmsədrlərinin nazirlər səviyyəsində görüşü barədə təklifinə razılığını və hazırlığını ifadə edib”
Qarabağ
30 İyun , 2017 12:50
XİN: Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün nazirlər səviyyəsində görüşün keçirilməsinə hazırdır
Report

Bakı. 30 iyun. REPORT.AZ/ "Prezidentlər səviyyəsində Sankt-Peterburqda keçirilən görüşündən sonra verilən birgə bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan və Azərbaycanın substantiv danışıqlar aparmalı olduğu təsbit olunub". 

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, bu xüsusda regiona son səfərlərindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlər səviyyəsində görüş barədə təklif irəli sürdülər: "Azərbaycan da bu təklifə razılığını və hazırlığını ifadə edib. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin tezliklə həlli və qəbuledilməz və qeyri-davamlı olan status kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazırdır".  

Son xəbərlər

Orphus sistemi